Avstriya Rusiyadan neft idxalını və emalını dayandırıb

Dünya

Avstriya mart ayında Rusiyadan neft idxalını və emalını dayandırıb.

Bu barədə TASS-a Avstriyanın OMV neft-qaz şirkətindən məlumat verilib.

Avstriya şirkətinin nümayəndəsinin sözlərinə görə, OMV-nin Avstriyanın Şvexat və Almaniyanın Burqauzen şəhərlərindəki neft emalı zavodlarında Rusiya xam neftinin payı həmişə kifayət qədər kiçik olub.

“Mart ayı ərzində biz bu həcmləri bazardan başqa xam neftlə əvəz etdik. Hazırda biz Rusiya neftini emal etmirik”, – deyə Avstriya şirkətinin nümayəndəsi müvafiq suala cavab olaraq bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir