Bu gün UEFA Avropa Liqasında və Avropa Konfrans Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir ki, bu turnirlərin hər iki oyunu eyni gündə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avropa Liqası
1/2 final (ilk oyunlar)
28 aprel
23:00 “Leypsiq” (Almaniya) – “Reyncers” (Şotlandiya)
Baş hakim: Benua Bastyen (Fransa)
Leypsiq. “Red Bull Arena”
23:00 “Vest Hem” (İngiltərə) – “Ayntraxt” (Almaniya)
Baş hakim: Sərdar Gözübüyük (Niderland)
London. “Vest Hem” stadionu
Konfrans Liqası
1/2 final (ilk oyunlar)
28 aprel
23:00 “Feyenoord” (Niderland) – “Marsel” (Fransa)
Baş hakim: Maykl Oliver (İngiltərə)
23:00 “Lester” (İngiltərə) – “Roma” (İtaliya)
Baş hakim: Karlos del Sero (İspaniya)
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri mayın 5-də oynanılacaq.
www.102info.az
