“Arsenal”da olmayacağı dəqiqləşən ilk futbolçu bəlli oldu

İdman

“Arsenal”ın futbolçusu Lukas Toreyra “Fiorentina”ya keçib.

Oxu.Az xəbər verir ki, İtaliya klubu icarə əsasında komandada çıxış edən 26 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer edib.

“Fiorentina” Uruqvay millisinin üzvünü saxlamaq qərarına gəldiyindən, London klubuna 15 milyon avro ödəyəcək. Toreyra tezliklə A seriyası təmsilçisi ilə dörd illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Lukas Toreyra bu mövsüm A seriyasında 27 oyuna çıxıb, beş qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir