Arestoviç: “Rusiya Prezidenti artıq müharibəni bitirmək istəyir”

Dünya

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya Prezidenti Vladimir Putinin artıq Ukraynadakı müharibəni bitirmək istədiyini və bunun əlamətlərini müşahidə etdiyini bəyan edib.

“Onlar müharibəni bitirmək istəyirlər, çünki döyüş meydanındakı məğlubiyyətləri və onların iqtisadiyyatını qıran sanksiyalar Rusiya Federasiyasının daxilindəki ictimai-siyasi vəziyyəti sual altında qoyur”, – deyə Aleksey Arestoviç

Aleksey Arestoviç əlavə edib ki, Rusiya ordusu artıq səkkiz əməliyyat zonasından altısında məğlub olub.

“İndi onların(Rusiya tərəfini nəzərdə tutur-red) əsas qayğısı odur ki, Putin Zelenski ilə görüşdə hər hansı formada da olsa güclü mövqedə olsun. Heç olmasa nəyisə götürsün, Mariupolu, Donbasdakı zonanı… heç olmasa ciddi təhlükə yaratsın, çünki hesab edirlər ki, Putinin olduğu yerdə qələbə olmalıdır, əks təqdirdə onun hakimiyyəti mövcud ola bilməz”, – deyə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç fikrini tamamlayıb.

Mənbə: Unian

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir