AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Oxu.Az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXIII turu və ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında baş verənlər müzakirə olunub.
Komitə üzvləri bununla bağlı müvafiq qərarlar verib. “Qəbələ” – “Sumqayıt” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4 min manat cərimələnib. Meydançaya kənar şəxs daxil olduğu üçün meydan sahibi klub daha 1600 manat ziyana düşüb. Beş futbolçusu sarı vərəqə ilə cəzalanan “Sumqayıt” 800 manat cərimə olunub.
“Qarabağ” – “Şamaxı” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib.
1/2 final mərhələsinin “Qəbələ” – “Qarabağ” oyununda beş futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat ödəməli olacaq.
www.102info.az
