ABŞ Ukraynaya Lend-Liz üzrə silah tədarük edəcək

Dünya

ABŞ Konqresinin Nümayəndələr Palatası Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirmək məqsədilə Ukraynaya Lend-Liz müqaviləsi ilə silah tədarükü haqqında qanun layihəsini təsdiqləyib.

Qanun layihəsi daha əvvəl Senat tərəfindən qəbul edilib. İndi sənəd imzalanması üçün prezident Co Baydenə təqdim olunacaq.

Respublikaçı Con Korninin (Texas) başçılıq etdiyi bir qrup senatorun təşəbbüsü ilə hazırlanan qanun layihəsi Birləşmiş Ştatların prezidentinə Ukrayna hökuməti ilə silah tədarükü üzrə sazişlər bağlamaq üçün genişləndirilmiş səlahiyyətlər verir.

Mənbə: unian.net

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir