ABŞ-ın yeni nüvə raketinin adı açıqlanıb

Dünya

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) yeni qitələrarası ballistik raketin (ICBM) adını açıqlayıb. Perspektivli döyüş sursatı LGM-35A “Sentinel” adını alıb.

Ground Based Strategic Deterrent (GBSD) adı altında hazırlanan raket LGM-30G “Minuteman III” ICBM-ni əvəz edəcək. Hərbçilər “Sentinel”i 2029-cu ildən almağa başlayacaq. Yeni raketlər təkmilləşdirilməkdə olan ABŞ Hərbi Hava Qüvvələrinin mövcud infrastrukturundan istifadə edəcək.

ABŞ Müdafiə Nazirliyi yeni raketlərlə yenidən təchizatın “Minuteman III” raketlərinin xidmət müddətini uzatmaqdan daha ucuz başa gələcəyini qeyd edib. “Sentinel” 2070-ci illərə qədər istismar olunacaq.

Mənbə: Defense News

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir