Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında çıxışında bəyan edib ki, Türkiyə cümhuriyyəti dünyada yaranmış siyasi böhranlara vicdan və beynəlxalq qanunlar çərçivəsində yanaşır.
“Biz Ukraynadan Fələstinə qədər hər yerdə vicdanlı olmağa çalışırıq”, – deyə R.T.Ərdoğan vurğulayıb.
Türkiyə lideri əlavə edib ki, Türkiyənin mövqeyi açıq və konkretdir.
“Ona görə də müharibə aparan tərəflərin etimadını qazanırıq”, – Türkiyə Prezidenti bildirib.
Mənbə: Cumhuriyet
www.102info.az
