Əfqanıstanın şərqindəki Xost əyalətində İran İslam Respublikası əleyhinə etiraz aksiyası keçirilib.
Etirazçılar İran təhlükəsizlik qüvvələrinin əfqan qaçqınlarına qarşı qeyri-insani rəftarını pisləyiblər və “Taliban”ı öz həmvətənlərinin pozulan hüquqlarına görə İrana qarşı təcili tədbirlər həyata keçirməyə çağırıblar.
Qeyd edək ki, Əfqanıstanda “Taliban”ının siyasəti hakimiyyətə gəlməsindən sonra ölkə əhalisi, xüsusən, sərhəddə yerləşən İran ərazisinə keçərək bu ölkədən sığınacaq tapmağa çalışır. Nəticədə İran sərhədçiləri ilə əfqanlar arasında ciddi insidentlər yaşanır.
Mənbə: “Sputnik” Əfqanıstan
www.102info.az
