Zelenskiyə üç gün ərzində Ukraynanı tərk etmək tövsiyə olunub

Dünya

Ukrayna Prezidenti Volodimir Zelenskiyə fevralın 24-də tövsiyə olunub ki, üç gün ərzində ölkəni tərk etsin.

Bu barədə dövlət başçısı Çex Respublikasının “ČT24” telekanalına müsahibəsində danışıb.

“Hamı mənə dedi ki, mən dərhal getməliyəm. Hamı. Həm dövlətimiz daxilindəki xüsusi xidmət orqanları, həm də tərəfdaşlarımız. Onlar başqa ölkələrdən siqnallar alıblar və üç gün ərzində Ukraynanı tərk etməyimi tövsiyə ediblər”, – o deyib.

Zelenskinin sözlərinə görə, hər on dəqiqədən bir ona zəng edib ölkədən çıxmağı məsləhət görürdülər.

Ukrayna lideri səhhəti ilə bağlı suala cavab verib ki, o, sağlamdır və “olduqca sakit” qərarlar verir.

“Mən yaxşı yatıram. Heç vaxt çox yatmamışam, amma həmişə yaxşı yatmışam. İndi işə daha çox diqqət yetirirəm, etdiyim və dediklərim daha çox konsentrasiya tələb edir. Mən insanlara yalnız müsbət məlumat vermək, sadəcə onlara gülümsəmək istəmirəm, həm də istəyirəm ki, mesajın pozitiv görünməsini təmin edim”, – deyə o vurğulayıb.

Eyni zamanda, prezident etiraf edib ki, dincəlmək və məsələn, kitab oxumaq hazırkı vəziyyətdə çətindir.

Mənbə: RBC

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir