Zelenski: “Büdcədən axırıncı pullarımızı da çıxarıb verməyə hazırıq”

Dünya

“Ukrayna səmasını bağlamaq olar. Bir neçə imkan mövcuddur. Raket əleyhinə müdafiə sistemləri var, onları Ukraynada quraşdırmaq olar. Başa düşün, Ukrayna bütün bunları təfərrüatına kimi arşdırıb, tapıb. Biz bu sistemləri olanlardan xahiş etdik, onları bizə verin”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə xarici jurnalistlərin suallarına cavab verərkən söyləyib.

V.Zelenski Ukrayna səmasını bağlayan sistemləri almağa hazır olduqlarını bəyan edib:

“Biz onları almağa hazırıq, kredit götürməyə, yaxud da büdcədən axırıncı pullarımızı da çıxarıb verməyə hazırıq”.

Mənbə: Segodnya.Ua

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir