“Zəfər müjdəli Novruz” Konserti

Mədəniyyət

Zəfər müjdəli Novruz” Konserti. 18 mart 2022-ci il tarixində Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mədəniyyət nümayəndəliyi Goranboy rayonunda “Zəfər Müjdəli Novruz” adlı konsert proqramı ilə N saylı hərbi hissədə hərbiçilər qarşısında çıxış etdilər.

Tədbirdə, Kəlbəcər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının və Mədəniyyət İdarəsinin nümayəndələri iştirak etdilər.
Tədbirdə Kəlbəcər rayon Aşıq Şəmşir adına aşıqlar ansanbılı, Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbi , “Dəlidağ” xalq çalğı alətləri ansamblı və Maraloyunu folklor kollektivi nümayəndələri konsert proqramı ilə çıxış ediblər. Onların vətənpərvərlik ruhunda olan ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb. Həmçinin folklor nümunəsi olan Maraloyunun nümayişi maraqla qarşılanıb.
Çıxış edənlər Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuzun maddi texniki bazasının, sosial məişət şəraitinin yaxşılaşdırılması sahəsində gördüyü işlərdən danışdı və bu sahədə apardığı uğurlu siyasət, Ordumuzun qəhrəmanlığı sayəsində və şəhidlərimizin qanı bahasına torpaqlarımızın işğaldan azad olunaraq ərazi bütövlüyümüzün təmin edildiyi vurğulanmışdır. Bu şərəfli işdə fədakarlıq nümayiş etdirərək ilk gündən son günə qədər böyük sücaət göstərdiklərinə görə onlara təşəkkürünü bildirmişdilər.
Yeni Azərbaycan Partiyası adından hərbiçilərə televizor hədiyyə edildi.
Sonda hərbi hissənin rəhbərliyi keçirilən tədbirə görə təşkilatçılara və mədəniyyət nümayəndələrinə öz təşəkkürünü bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir