Yevgeni Mixaylov: “Ermənistan Rusiyanın milli maraqlarına zidd davranır”

Dünya

Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan ATƏT vasitəsi ilə sülh danışıqlarına başlamaq niyyətindədir. 

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırmaları” “YouTube” kanalının aparıcısı Yevgeni Mixaylov 102info.az-a şərhində hazırda ATƏT-in Minsk qrupunun danışıqlara hansısa təsirinin olub-olmaması barədə bəhs edib:

“Doğrudan da, Rusiya Ukraynada hərbi əməliyyatlar keçirməyə başlayanda onun bəzi tərəfdaşları gözləmə mövqeyi tutdu, bəziləri isə vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə çalışır. Moskva Qarabağda sülh prosesinin əsas təminatçısı olanda ümumiyyətlə ATƏT-in izi, tozu yox idi. Bu təşkilat digər bölgələrdə uzun illər apardığı müşahidələrdə özünü doğrultmayıb. Əksinə digər dövlətlər üçün kəşfiyyat məlumatları toplamaqda dəfələrlə ittiham olunub”.

Onun sözlərinə görə, hazırda yardım üçün ATƏT-ə üz tutan Ermənistan birbaşa Rusiyaya məhəl qoymur və onun milli maraqlarına xələl gətirən hərəkətlər edir:

“Bu günlərdə Moskvanın Avropa Şurasından və Rusiyaya dost olmayan digər beynəlxalq təşkilatlardan çıxması məsələsi qaldırılır. Mənim bəyanatım məhz buna əsaslanır. Müvafiq olaraq, Ermənistan bunu çox yaxşı bilir. Və eyni zamanda müttəfiqindən yan keçərək Qərblə problemləri həll etməyə çalışır”.

“Bundan başqa, Ermənistan rəhbərliyinin NATO blokunun rəhbərliyi ilə mümkün görüşü barədə də məlumatlar yayılıb. Tarixi və indiyə qədər strateji tərəfdaşlarımıza demək istərdim ki, Rusiyanın silahlı qüvvələrdən istifadə etməklə öz milli maraqlarını təmin etdiyi bir vaxtda siyasi strategiyanı daha diqqətlə yoxlamaq lazımdır, çünki bütün əməliyyatlar gec-tez başa çatır, amma ərp qalır…”, – deyə rusiyalı ekspert qeyd edib.

Nair Əliyev

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir