Velosiped Məktəbinə direktor təyin olundu – FOTO

İdman

Gənclər və idman naziri Fərid Qayıbovun 17 mart 2022-ci il tarixli Əmri ilə Səməndər Allahverdiyev Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinə direktor təyin edilib.

102info.az xəbər verir ki, yeni direktorun kollektiv üzvlərinə təqdimat mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Elnarə Musayeva və İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov iştirak ediblər.

Səməndər Allahverdiyevi təyinatı münasibətilə təbrik edən Raqif Abbasov ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səməndər Allahverdiyev ona göstərilən yüksək etimada görə Fərid Qayıbova təşəkkürünü bildirərək məktəbin ənənələrinin qorunması və daha da inkişaf etdirilməsi üçün var gücü ilə çalışacağını deyib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir