Vətəndaşların NƏZƏRİNƏ: Bayram günləri bağlı olacaq yolların SİYAHISI

Cəmiyyət

Qarşıdan gələn tətil günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 22-27 mart tarixlərində bir neçə küçə və prospektdə təmir işlərinin aparılması nəzərdə tutulur.

102info.az xəbər verir ki, təmir işləri aşağıda qeyd olunan küçə və prospektlərin müəyyən hissələrində aparılacaq:

1. Mikayıl Müşfiq küçəsi (“Qurd qapısı”ndan Mətbuat prospektinə qədər);
2. Rəşid Behbudov küçəsi (Dilarə Əliyeva küçəsindən Süleyman Rəhimov küçəsinə qədər);
3. A.Salamzadə küçəsi (“Qələbə dairəsi”ndən tunelin giriş hissəsinə qədər – 3 yerdə);
4. Nazim Hikmət küçəsi (Musabəyov dairəsi);
5. Tbilisi prospektinin yan yolu (Seyidcəfər Pişəvəri küçəsindən “20 Yanvar dairəsi”nə qədər);
6. Ziya Bünyadov prospekti (“Azadlıq” körpüsünün üstü – 3 yerdə); 
7. Ziya Bünyadov prospekti (Asif Məhərrəmov küçəsindən “20 Yanvar dairəsi”nə qədər);
8. Azadlıq prospekti (Naxçıvani küçəsindən tunelin giriş hissəsinə qədər);
9. Ziya Bünyadov prospekti (İbrahimpaşa Dadaşov küçəsindən “Santral” mağazaya qədər olan hissə – 6 yerdə);
10. Ziya Bünyadov prospekti (“Santral” mağazanın qarşısında yan yollar);
11. Şəhər şosesi (Zabrat yolu); 
12. “Koroğlu” körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində);
13. Bakı Dairəvi I yolu (“Binə” ticarət mərkəzindən Biləcəri istiqamətində);
14. Heydər Əliyev prospekti – Mərdəkan – Bilgəh avtomobil yolunun rənglənməsi;
15. Suraxanı rayonu ərazisində Səttar Bəhlulzadə küçəsi;
16. Salyan şosesi (Arif İsmayılov küçəsindən “20 sahə dairəsi”nə qədər).

Sürücülərdən sözügedən küçə və prospektdə aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir