Ukraynalı riyaziyyatçı müharibəyə görə Rusiyada intihar etdi

Dünya

Ukraynalı riyaziyyatçı Konstantin Olmezov Rusiya Federasiyasının Ukraynaya göndərilməsi ilə əlaqədar ölkəni tərk etmək istəyərkən saxlanıldığı üçün Rusiyada intihar edib.

Bu barədə hüquq müdafiəçisi Dmitri Zaxvatov “Telegram”da yazıb.

Onun sözlərinə görə, ukraynalıya qarşı inzibati protokol hazırlanıb, buna əsəsən Olmezova 15 sutka həbs verilib.

Azadlığa çıxdıqdan sonra Avstriyadakı universitetlərdən birində təhsilini davam etdirmək üçün dəvət alıb. Rusiyadan uçmaq üçün riyaziyyatçı Türkiyəyə bilet alıb.

“Biz razılaşdıq ki, hava limanına müşayiət mənasızdır, o, təkbaşına sərhəd nəzarətindən keçməyə çalışacaq, problem olarsa, mən ora gedəcəm. Qərara aldıq ki, əlaqə saxlayaq. Elə indicə belə bir xəbər aldım ki, o, baş verənlərin dəhşətinə dözə bilmədiyi üçün intihar məktubu yazaraq səhər canına qəsd edib”, – deyə Zaxvatov paylaşıb.

Mənbə: UNIAN

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir