Ukraynalı qadın övladları ilə birlikdə Azərbaycana sığınıb – VİDEO

Cəmiyyət

Rusiyanın hərbi müdaxiləsi minlərlə ukraynalını öz doğma yurd-yuvasından didərgin salıb. Onların arasında ölkəmizə üz tutanlar da var.

Xezerxeber.az-ın məlumatına görə, müharibənin dəhşətindən xilas olmaq üçün övladları ilə birlikdə Bakıya gələn Anya Rozvadovskaya Qaradağ rayonunun Sahil qəsəbəsində məskunlaşıb.

O hazırda rəfiqəsinin bibisinə məxsus evdə qalır. Anyanın rəfiqəsində koronavirus aşkarlandığından o,Türkiyədə qalıb. Buna görə də Anya onun uşaqlarını da özü ilə gətirməyə məcbur olub.

Anya deyir ki, Ukraynada baş verənləri təsəvvür etmək mümkün deyil. Onun sözlərinə görə, Rusiya ordusu qohumlarının yaşadığı yeri mühasirəyə alıb.

Martın 4-də ölkəmizə gələn Anya Rozvadovskaya  bildirir ki, Azərbaycanda özünü rahat hiss edir. Burada gördüyü xoş münasibətdən məmnun qaldığını deyir.

Anya və övladlarının yeganə istəyi müharibənin dayanmasıdır. Onlar qısa zamanda yenidən öz ölkələrinə dönməyi arzulayırlar.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir