Ukraynadan Almaniyaya keçən Azərbaycan vətəndaşları qaçqın kamplarına yerləşdiriliblər – FOTO

Cəmiyyət

“Ukraynada müharibədən qaçanlar arasında vətəndaşlıq mənsubiyyətinə görə Azərbaycan vətəndaşları da var”.

Bu barədə “102info.az”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən bildiriblər.

Qeyd edilib ki, müharibə bölgəsini tərk edənlər təkcə Ukrayna vətəndaşları deyillər.

“Təyyarə reysləri təxirə salındığından Ukraynadan quru yolla Polşa, oradan da Almaniyaya keçənlər arasında digər ölkə vətəndaşları da var. Onların vətəndaşlıq mənsubiyyəti müəyyən olunduqdan sonra ölkələrinə təhlükəsiz şəkildə qayıtmaları təmin ediləcək. Hazırda bu istiqamətdə Almaniyada olan xarici ölkə səfirlikləri ilə iş aparılır. Almaniyaya sığınanların çoxu qaçqın kamplarına yerləşdirilib. Bəziləri isə alman ailələr və ya bu ölkədəki yaxınları tərəfindən qəbul ediliblər”.

Bildirilib ki, Ukrayna vətəndaşı olan azərbaycanlılar da Almaniyada 90 gün qanuni qalma hüququna sahibdirlər: “Bir neçə gün öncə isə Almaniyadakı siyasi partiyaların funksionerləri Avropa İttifaqı ölkələrinə sığınan Ukrayna vətəndaşlarına humanitar əsaslarla bir illik yaşamaq icazəsinin veriləcəyi ilə bağlı fikirlər səsləndiriblər”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir