Ukraynadakı partlayışda atası həlak olan uşaq Baku TV-yə zəng etdi – VİDEO

Cəmiyyət

Baku TV Ukraynada könüllü olaraq yaralılara kömək edərkən partlayış nəticəsində həlak olan Elnur Əmrahovun ailəsinin qonağı olub.

Mərhumun oğlu Əbdülsaməd Əmrahov atasının nəşinin Ukraynanın Çerniqov şəhərində, morqda qaldığını deyir. 

Onun sözlərinə görə, atası 2 il əvvəl işləmək məqsədilə Ukraynaya gedib. Onunla son telefon danışıqları isə fevralın 25-də olub.

Qeyd edilib ki, mərhumun morqdakı şəklini Ukraynadakı dostları göndərib.

Ailə aidiyyəti qurumlardan Elnur Əmrahovun nəşinin Azərbaycana gətirilməsinə diqqət göstərməyi xahiş edir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir