Ukraynadakı müharibə fonunda ermənilər Lvova da iddia irəli sürdülər – FOTO

Dünya

Ermənilərin öz saxta tarixləri ilə bağlı formalaşdırdıqları xülyaları sərhəd tanımır.

Bir qədər araşdırma aparsaq, bu xalqın şüurunda, bəlkə də, bütün dünyaya qarşı ərazi iddialarının olduğunu görə bilərik. Üstəlik bu iddiaları səsləndirmək üçün ermənilər heç bir fakta və sənədə əsaslanmaq ehtiyacı da hiss etmirlər. Ermənilər sadəcə gördükləri hər şeyə “bizimdir” deməklə bunu öz tarixlərinə çevirə bilmək kimi unikal fırıldaqçılıq bacarığına sahibdirlər.

Sonuncu belə hal isə Ukraynanın Lvov şəhəri ilə bağlı üzə çıxıb. Belə ki, ermənilər sosial şəbəkə hesablarında Lvovun “qədim erməni şəhəri” olduğunu iddia etməyə başlayıblar.

Hətta onlardan biri daha da irəli gedərək Lvovun “doğma erməni dilindəki adına” sahib çıxan nadir Avropa şəhərlərindən olduğunu bildirib. İstənilən halda erməni riyakarlığının sərhədi yoxdur.

Ancaq bu çirkin xislətin zamanında ifşa olunması vacibdir. Çünki bu xislət onları hətta Ukraynadakı vəziyyətdən, müharibədən belə, öz qondarma, saxta iddiaları üçün istifadə edə biləcək bir məxluqa çevirir.

Avropada Lvovdan savayı daha hansı “erməni şəhəri”nin olduğunu isə yalnız onların özləri bilirlər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir