Ukraynada müharibədə 143 uşaq ölüb – FOTO

Dünya

Ukraynada fevralın 24-dən bəri döyüş əməliyyatları nəticəsində 143 uşaq ölüb, 216 uşaq yaralanıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Uşaqların ən çox ölüb-yaralandığı bölgələrin statistikası belədir: Kiyev vilayətində – 67, Xarkov vilayətində – 49, Donetsk vilayətində – 53, Çerniqov vilayətində – 38, Nikolayev vilayətində – 30, Luqansk vilayətində – 27, Zaporojye vilayətində – 21, Xerson vilayətində – 24, Kiyev şəhərində – 16, Jitomir vilayətində – 15 və Sumı vilayətində – 14.

Ukrayna Ombudsmanı Lyudmila Denisova bu məlumata əlavə olaraq bildirib ki, Ukrayna şəhərlərində aktiv döyüşlər getməsi səbəbindən ölən və yaralanan uşaqların faktiki sayını müəyyən etmək mümkün deyil.

Mənbə: NikVesti

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir