“Rusiya Ukraynanın Xerson vilayətində saxta referendum keçirməyə çalışır”.
Oxu.Az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sosial media hesabında yazıb.
“2014-cü ildəki oyundan sonra Rusiya indi də Xersonda saxta “xalq respublikası” üçün qeyri-qanuni “referendum” təşkil etməyə çalışır. Xalqın dəstəyininin “sıfır” olduğunu nəzərə alsaq, bəllidir ki, bu “referendum” tam səhnələşdiriləcək. Xerson həmişə Ukraynanındır və Ukraynanın olacaq”, – deyə nazir bildirib.
Following 2014 playbook, Russians now desperately try to organize a sham ‘referendum’ for a fake ‘people’s republic’ in Kherson. Given zero popular support, it will be fully staged. Severe sanctions against Russia must follow if they proceed. Kherson is & will always be Ukraine.
— Dmytro Kuleba (@DmytroKuleba) March 12, 2022
www.102info.az
