Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: “Rusiyanın 15 mindən çox əsgəri məhv edilib”

Dünya

Ukraynada müharibə başlayandan bəri Rusiyanın bu ölkədə 15 300-dən çox hərbçisi öldürülüb. Bundan əlavə, 26 günlük müharibə ərzində Ukrayna hərbçiləri Rusiya Federasiyası Silahlı Qüvvələrinin 509 tankını məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Eyni zamanda martın 22-nə olan məlumata görə, Rusiya ordusu 1 556 zirehli döyüş maşınını, 252 artilleriya sistemini, 80 reaktiv yaylım atəş sistemini, 45 hava hücumundan müdafiə sistemini, 99 təyyarə, 123 helikopter, 1000 avtomobil texnikasını, 3 gəmi/katerini, 70 yanacaq-sürtkü materialları çənini, 35 kəşfiyyat PUA-sını, 15 xüsusi avadanlığını itirib.

“Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, – deyə Ukrayna Silahlı Qüvvələrinin bəyanatında deyilir.

Mənbə: RBC-Ukraina

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir