Ukrayna-Rusiya danışıqlarından sonra neft kəskin ucuzlaşdı

İqtisadiyyat

İstanbulda keçirilən Ukrayna-Rusiya danışıqları və əldə olunan irəliləyişlə bağlı tərəflərin verdiyi bəyanatlar neft qiymətlərinə təsirsiz ötüşməyib.

Belə ki, yerli vaxtla 16:55-ə olan məlumatlara əsasən, dünya bazarında WTI markalı neftin qiymətində 6,04 faiz ucuzlaşma qeydə alınıb və bir barelinin dəyəri 99,56 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin qiyməti isə 5,93 faiz ucuzlaşıb, bir barelinin qiyməti 105,81 ABŞ dolları olub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir