Ukrayna ordusu Rusiyaya məxsus iri desant gəmisini məhv edib – FOTO/VİDEO

Dünya

Rusiya Ordusunun ələ keçirdiyi Berdyansk limanında RF Qara dəniz donanmasının “Orsk” iri desant gəmisi məhv edilib. Yanğın digər gəmilərə, yanacaq və sursatlara da keçib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Sosial şəbəkələrdə bir gəminin batdığı, daha iki gəminin yandığı, onlarla birlikdə sursat anbarı və yanacaq çənlərinin də məhv edildiyi yazılıb.

“Daha iki gəmi zədələnib, 3000 tonluq yanacaq çəni məhv edilib. Yanğın düşmənin sursat anbarına da keçib”, – deyə məlumatda bildirilir.

Mənbə: Ukrainskaya Pravda

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir