Türkmənistan hökuməti istefaya göndərilib

Dünya

Türkmənistanın yeni prezidenti Serdar Berdiməhəmmədov hökumətin tam tərkibdə istefası haqqında sərəncam imzalayıb.

Hökumət üzvləri yeni kabinet formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

Yeni seçilmiş prezidentin andiçmə mərasimi səhər saatlarında Aşqabadda baş tutub. Serdar Berdiməhəmmədov ölkənin bütün dünya dövlətləri ilə mehriban qonşuluq, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanacaq neytrallıq siyasətini davam etdirəcəyinə söz verib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir