Turist axını olan Göygöl rayonunda 30 ildir həllini tapmayan bərbad yol – VİDEO

Cəmiyyət

Göygöl rayonunun Çaykənd kəndinin sakinləri yolsuzluqdan əziyyət çəkir.

2014-cü ildə kəndin bir hissəsinə yol çəkilib və təxminən 4 kilometr məsafədə yolun çəkilişi dayandırılıb.

İndi sözügedən avtomobil yolu artıq 30 ildən çoxdur 100-dən artıq sakinin həyatını sözün həqiqi mənasında cəhənnəmə çevirib. Yay aylarında toz-duman, payız və qışda isə yağış və palçıq yolları tamamilə keçilməz edir.

Sakinlər deyir ki, yolun yararsız vəziyyətdə olması səbəbindən heç təcili tibbi yardım avtomobili belə həmin əraziyə gəlmir.

Kənd sakini Nüsrət Hümbətov təcilli tibbi yardımın mərkəzdə dayandığını və kənd sakinlərinin UAZ, “QAZ-66”, “KamAZ” vasitəsi ilə həkimi xəstənin yanına gətirdiklərini qeyd edib:

“Hələ yağışlı olanda tamamilə zülmdür. Uşaqlarımız dərsə gedib-gələ bilmirlər”.

Mövzu ilə bağlı Çaykənd bələdiyyəsinin rəsmisi Sövdə Orucov qeyd olunan yolda imkan olan vaxtda təmirin aparıldığını vurğulayıb:

“Çınqıl, daşlardan, yerli materiallardan istifadə edib təmir edirik. Amma işlək yol olduğuna görə yağış, palçıq, qar olduğuna görə yol dağılıb gedir. Payız və yaz mövsümündə biz yolu təmir edirik. Bu il də nəzərdə tutulmuş tədbirlər planında var”.

Məlumat üçün bildirək ki, Çaykənd kəndinin yolu bölgənin turizm imkanlarının inkişafı istiqamətində də geniş imkanlara malikdir. Məhz bu yoldan Göygölün ən gözəl istirahət mərkəzlərinə daha tez çatmaq mümkündür. Sözügedən yaşayış massivində yol infrastrukturunun qurulması turizm potensialını daha da artıra bilər.

Daha ətraflı Baku TV-nin süjetində:

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir