Tokio Olimpiadasında fərqlənən idmançılarımız mükafatlandırıldı – FOTO

İdman

Bu gün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təltif edilmiş idmançıların mükafatlandırılma mərasimi keçirilib.

102info.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya və Paralimpiya oyunlarında mükafat qazanmış Azərbaycan idmançılarının və məşqçilərinin təltifetmə mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər. Tokioda uğur qazanmış idmançıları yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək onlara qarşıdakı yarışlarda, xüsusən də Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunlarında uğurlar arzulayıblar.

Sonra gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif edilmiş idmançı və məşqçilərə müvafiq dövlət mükafatlarının medal və vəsiqələrini təqdim edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2021-ci il tarixli və 6 sentyabr 2021-ci il tarixli sərəncamları ilə Tokio Olimpiadasında qazandıqları uğurlara görə 7 nəfər “Vətənə xidmətə görə” ordeni, 2 nəfər “Əmək ordeni”, 7 nəfər “Tərəqqi” medalı, 5 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bundan başqa, Paralimpiya Oyunlarındakı yüksək nəticələrə görə 4 nəfər “Şöhrət” ordeni, 14 nəfər “Vətənə xidmətə görə” ordeni, 3 nəfər “Əmək ordeni”, 3 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 11 nəfər isə “Tərəqqi” medalı ilə təltif ediliblər.

Mükafatlandırılanlar arasında Olimpiya medalçıları – karateçi İrina Zaretskaya, cüdoçu İrina Kindzerskaya, sərbəst güləşçi Hacı Əliyev, həmçinin atlet Nazim Babayev olub. Paralimpiya çempionu İlham Zəkiyev, sərbəst güləş millimizin baş məşqçisi Namiq Abdullayev, Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov və kişi paracüdo millimizin məşqçisi Azad Zahidov da mükafatlandırılanlar arasındadır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir