“Tencent” rekord cərimə ilə üzləşə bilər

Dünya

Çin texnoloji nəhəngi “Tencent Holdings Ltd” “WeChat Pay” mobil ödəniş xidməti tərəfindən yol verilən pozuntulara görə rekord cərimə ilə üzləşə bilər.

Məlumata görə, Çin Xalq Bankının (PBOC, ölkənin Mərkəzi Bankı) 2021-ci ilin sonunda apardığı audit çirkli pulların yuyulmasına qarşı mübarizə prinsiplərinin, habelə “WeChat Pay” istifadəçilərinin istifadə etdikləri vəsaitlərin mənşəyi və mənbələrinin müəyyən edilməsi tələblərinin pozulmasını aşkar edib.

Bildirilib ki, cərimə ən azı bir neçə yüz milyon yuan ola bilər.

Hazırda məsələ Çin tənzimləyiciləri tərəfindən müzakirə olunur.

Mənbə: İnterfaks

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir