Tağı Əhmədovdan sələmə 2 milyon pul aldığını deyən şəxsin cəzası AÇIQLANDI

Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Səadət Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

102info.az-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Səadət Xəlilov verilmiş ittihamla təqsirli bilinərək 9 il azadlıqdan məhrum olunub.

Prokuror təqsirləndirilən şəxsə 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Ötən ilin dekabr ayında keçirilən məhkəmə iclaslarına gəlmədiklərinə görə onlar haqqında axtarış elan edilərək hər ikisi həbs edilib. Bundan sonra Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb. Səadət Xəlilov hazırda tək mühakimə olunur.

S.Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur.

Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov 2 milyon manatı Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir