TƏBİB nümayəndəsi: “Dünyada hər dəqiqədə vərəm xəstəliyindən iki nəfər vəfat edir”

Cəmiyyət

“Hər il Ümumdünya Səhiyyə Təşkilatının vərəmlə mübarizə haqqında hesabatı dərc edilir. 2020-ci il hesabatına əsasən, dünyada 10 milyon insan vərəmə yoluxub”.

102info.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi Fəaliyyətinin Təşkili Departamentinin İlkin Səhiyyə Xidməti Təşkili Şöbəsinin məsləhətçisi, tibb üzrə fəlsəfə doktoru Nemət Rəhmanov qurumun “Facebook” səhifəsində yayımlanan “TƏBİB məsləhəti” rubrikasında deyib.

O bildirib ki, onlardan 1,5 milyon insan isə vəfat edib:

“Bu o deməkdir ki, hər dəqiqə vərəm xəstəliyindən iki nəfər vəfat edir. Vərəmin epidemioloji vəziyyətinin kəskinləşməsində əsas faktor xəstəliyin dərmanlara davamlı formasıdır. Dərmana davamlı vərəm formalarının faizi ümumi vərəm xəstələrinin arasında artır. Bu prosesdə qarşıda duran əsas məqam dərmanlara davamlı vərəm xəstələrinin sayının azalmasına yönəlib”.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir