Sumqayıtda minlərlə abonentin qaz təminatında məhdudiyyət olacaq

Cəmiyyət

Sumqayıt şəhərində 16 500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.

Bu barədə Sumqayıt Qaz İstismar Sahəsində 102info.az-nın yerli bürosuna verilən məlumatda deyilir.

Bildirilib ki, “Şəhər-3″ orta təzyiqli qaz kəmərində təmir-quraşdırma işlərinin aparılması və qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar, 14. 03. 2022-ci il tarixində saat 09:30-dan etibarən saat 11:30-dək Sumqayıt şəhərinin Kimyaçılar, Təzə Kotec, Köhnə Kotec qəsəbələri, “Xəzər bağları” yaşayış massivində, Bulvar ərazisi və 22-ci məhəllənin qaz təchizatı dayandırılacaqdır. Ümumilikdə 16500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir