Su altında qalan məhsulu haqqında göz yaşları ilə danışan kəndli: “Evim yıxıldı, 1000 manat qoymuşdum” – VİDEO

Cəmiyyət

Bir neçə gündür cənub zonasına yağan intensiv yağışlar kənd təsərrüfatına da ciddi ziyan vurub. 

102info.az xəbər verir ki, Masallıda və bəzi cənub rayonlarında kəndlilərin məhsulu su altında qalıb. Vətəndaşlar məhv olan məhsullarla bağlı aidiyyəti orqanların onlara yardım edib-etməyəcəyinə dair suallara cavab tapa bilmir.

Təqdim etdiyimiz videogörüntülər sosial şəbəkədə yayılıb. Videonu lentə alan şəxs 1 000 manata qədər xərc çəkib əkdiyi kartofların suyun altında qalmasını göz yaşları ilə şərh edib.

Sahənin məhv olması kəndlilər üçün faciədir. Nəzərə alaq ki, bu yalnız bir kəndlinin məhsullarıdır.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir