Stoltenberq: “NATO Ukraynada sülhməramlı missiya yerləşdirməyi planlaşdırmır”

Dünya

NATO-nun müdafiə nazirləri alyansın Rusiya Federasiyasından müdafiəsi üçün genişləndirilmiş planlar hazırlamağa başlayırlar.

Bunu hərbi ittifaqın baş katibi Yens Stoltenberq NATO müdafiə nazirlərinin görüşündən sonra bildirib.

O vurğulayıb ki, sözügedən planlar quruda, səmada, dənizdə və kiberməkanda NATO ölkələrinin müdafiəsini nəzərdə tutur.

“NATO kollektiv çəkindirmə tədbirlərini nəzərdən keçirməli, alyansın şərq hissəsində qüvvələri artırmalıdır. İttifaq ölkələri yekdilliklə hesab edirlər ki, alyans Ukraynada qüvvələr yerləşdirməməlidir. NATO Ukraynada sülhməramlı missiya yerləşdirməyi planlaşdırmır”, – deyə o bəyan edib.

Stoltenberq qeyd edib ki, gələn həftə NATO sammitində Ukraynadakı münaqişənin alyansın müdafiəsi üçün uzunmüddətli təsirləri nəzərdən keçiriləcək. Həmçinin, NATO ölkələri Ukraynaya hərbi və maliyyə yardımını davam etdirəcək.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir