Salyanda güclü külək fəsadlara səbəb olub – FOTO

Cəmiyyət

Salyan rayonunda əsən güclü külək bir sıra fəsadlara yol açıb.

“Report” xəbər verir ki, bu barədə rayon sakinləri məlumat verib.

Belə ki, bir çox yerlərdə güclü külək ağaclarl aşırıb. Həmçinin rayonun bəzi ərazilərində elektrik enerjisi kəsilib.

Hazırda rayon ərazisində güclü külək davam edir.

Qeyd edək ki, Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, ölkə üzrə ən güclü külək Salyanda qeydə alınıb, maksimal sürəti 33 m/s-ə çatıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir