İngiltərə Premyer Liqasının XXVIII turunda “Liverpul” səfərdə “Brayton”la qarşılaşıb.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundakı qolları 19-cu dəqiqədə Luis Diaz, 61-ci dəqiqədə isə Mohammed Salah vurub.
“Liverpul”un misirli ulduzu bu qarşılaşmada fərqlənməklə Premyer Liqada son beş mövsümdə dördüncü dəfə 20 qol həddini aşmağı bacarıb.
Bu nəticə ilə xallarının sayını 66-a yüksəldən Yürgen Kloppun yetirmələri 69 xala malik “Mançester Siti”ni ardından ikinci pillədə qərarlaşıblar.
Qarşılaşmada vurulmuş qolları təqdim edirik:
www.102info.az