Səfir: “Çin heç vaxt Ukraynaya hücum etməyəcək”

Dünya

“Çin heç vaxt Ukraynaya hər hansı hücumda iştirak etməyəcək, biz sizi hər zaman iqtisadi və siyasi cəhətdən dəstəkləyəcəyik”.

Bu sözləri Çin Xalq Respublikasının Ukraynadakı nümayəndəsi Fan Syanjun Lvov Regional Hərbi Administrasiyasında keçirilən iclasda deyib.

O qeyd edib ki, Çin və Ukrayna strateji tərəfdaşdırlar.

“Çin Ukrayna xalqı üçün dost ölkədir. Mən bir səfir kimi məsuliyyətlə deyə bilərəm ki, Çin daima Ukrayna üçün həm iqtisadi, həm də siyasi baxımdan yaxın ölkə kimi qalacaq.

Biz həmişə sizin dövlətinizə hörmətlə yanaşacağıq, münasibətləri bərabərlik və qarşılıqlı fayda əsasında inkişaf etdirəcəyik. Biz ukraynalıların seçdiyi yola hörmətlə yanaşacağıq, çünki bu, hər bir xalqın suveren hüququdur. Biz Ukrayna xalqının birliyinin nə qədər böyük olduğunu gördük”.

Mənbə: Segodnya

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir