Rusiyalı polkovnik-leytenant Ukraynada əsir düşüb

Dünya

Ukraynada Zakarpat Briqadasının əsgərləri rusiyalı polkovnik-leytenant Aleksandr Koşeli əsir götürüblər.

O, Rusiya Federasiyasının 58-ci Ordusunun komandanı, general-leytenant Mixail Zusk ilə birbaşa əlaqə saxlayırdı və şəxsən gündəlik hesabatlar verirdi.

Bu barədə 128-ci Əlahiddə Dağ-Hücum Zakarpat Briqadasının hərbçisi Yaroslav Qalas “Facebook”da məlumat verib.

Onun sözlərinə görə, Koşeli ələ keçirildikdən dərhal sonra ruslar onu azad etmək üçün xeyli qüvvə göndəriblər. Eyni zamanda, əməliyyatlara aviasiya da cəlb edilib.

Əsir götürülən şəxs arxa cəbhədə təhlükəsiz yerə aparılıb.

Mənbə: RBC-Ukraina

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir