Rusiyalı baş redaktor Nobel mükafatını ukraynalı qaçqınlar üçün hərraca çıxarır

Dünya

“Novaya qazeta” və onun baş redaktoru Dmitri Muratov Nobel Sülh Mükafatı medalını ukraynalı qaçqınlara bağışlamaq qərarına gəlib.

Rusiyalı baş redaktor hərraca çıxaracağı medaldan əldə edilən gəliri ukraynalı qaçqınlar üçün təşkil olunan yardım fonduna bağışlayacaq.

Nəşr və Muratov Ukraynadakı münaqişə tərəflərini dərhal atəşi dayandırmağa, əsirləri dəyişdirməyə, ölənlərin meyitlərini qaytarmağa, humanitar dəhlizlər açmağa və yardım göstərməyə, həmçinin qaçqınları lazımi ləvazimatlarla təmin etməyə çağırıb.

Dmitri Muratov və filippinli jurnalist Maria Ressa “demokratiya və sülh üçün şərt olan ifadə azadlığını qorumaq səylərinə görə” 2021-ci il Nobel Sülh Mükafatına layiq görülüblər. Muratov pul mükafatının bir hissəsini xeyriyyə təşkilatlarına köçürüb.

Mənbə: Meduza

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir