Rusiyada Nevzorova qarşı cinayət işi açıldı

Dünya

Rusiya İstintaq Komitəsi Aleksandr Nevzorova qarşı cinayət işi açıb.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi (Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərəkətləri haqqında qəsdən yalan məlumatların etibarlı xəbərlər adı altında ictimaiyyətə yayılması) üzrə ittiham olunub.

İstintaq hesab edir ki, Nevzorov martın 9-da “Instagram” səhifəsində və “YouTube” kanalında Rusiya Silahlı Qüvvələri tərəfindən Mariupoldakı doğum evinin qəsdən atəşə tutulması barədə qəsdən yalan məlumat yayıb

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Nevzorovla istintaq və prosessual fəaliyyət aparmaq üçün onun yerini müəyyənləşdirirlər.

Mənbə: fontanka.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir