Rusiya XİN hədələdi: “Kiyevə silah verənlər və muzdlu yollayanlar özlərinə birbaşa problem yaradırlar”

Dünya

“Ukraynaya silah verən ölkələr özlərinə birbaşa problemlər yaradır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Solovyov Live” verilişinin efirində aparıcının sualını cavablandırarkən bildirib.

“Əgər belə bir qərar – təkcə Slovakiya tərəfindən deyil, digər dövlətlər tərəfindən də qəbul edilərsə o zaman onlar özlərinə problemlər yaradırlar… Birbaşa öz əlləri ilə problemlər yaradırlar”, – deyə Zaxarova Bratislavanın guya Kiyevi Sovet istehsalı olan zenit-raket kompleksləri ilə təchiz etmək qərarı barədə məlumatları şərh edib.

“Eyni şey muzdluların göndərilməsinə də aiddir”, – deyə Zaxarova əlavə edib və bildirib ki, bütün bunlar Ukraynanın dünyadakı səfirlikləri vasitəsilə həyata keçirilir.

RF XİN sözcüsü həmçinin Moskvanın Vaşinqtonla fəal danışıqlar prosesi aparmadığını, yalnız ayrı-ayrılıqda yaranan problemlər üzrə dəqiq təmaslar olduğunu vurğulayıb.

Mənbə: RİA Novosri

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir