Rusiya Lvovda hərbi poliqona zərbələr endirib: Doqquz nəfər ölüb, 57 nəfər yaralanıb

Cəmiyyət

Rusiya ordusu Ukraynada Lvov şəhəri yaxınlığında Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə (Yavorovski hərbi poliqonu) hava zərbəsi endirib.

Bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib.

Hərbi bazaya ümumilikdə 30-dan çox raket zərbəsi endirdiyi qeyd olunub. Raket zərbəsi nəticəsində 9 nəfər ölüb, 57 nəfər yaralanıb.

Bildirilir ki, raketlər Saratov ərazisindən atılıb. Raketlərin bir hissəsi havada vurulub.

Mənbə: UNİAN

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir