Qazaxda iki nəfər dəm qazından zəhərlənib

Cəmiyyət

Qazax rayonunda 2 nəfər zəhərlənib.

“Report” xəbər verir ki, Birinci Şıxlı kənd sakini, 2008-ci il təvəllüdlü A.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb, reanimasiya şöbəsinə yerləşdirilib.

Digər bir zəhərlənmə faktı isə Kosalar kəndində qeydə alınıb. Kənd sakini (ad-soyad dəqiqləşdirilir) yaşadığı evdə dəm qazından zəhərlənib.

Hər iki faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir