Qərb bölgəsinə güclü qar yağıb, avtomobil yollarında çətinlik yaranıb – FOTO/VİDEO

Cəmiyyət

Qərb bölgəsində gecə saatlarından yağan qar dağlıq rayonlarında avtomobillərin hərəkətinə çətinliklər yaradıb.

“Report”un məlumatına görə, ötən gecədən başlayaraq Daşkəsən, Gədəbəy və Tovuza güclü qar yağıb.

Dağlıq ərazilərdə yerləşən ucqar kəndlərdə qarın hündürlüyü 20 santimetrdən çox olub. Nəticədə yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Sərnişin daşıyan mikroavtobus sürücüləri hava şəraitini nəzərə alaraq bəzi yerlərdə daha aşağı sürətlə hərəkət edirlər.

Hazırda aidiyyəti qurumlar yollarda qum səpmə və qardan təmizləmə işləri aparır, fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görürlər.

Qeyd edək ki, Daşkəsən, Gədəbəy və Tovuz rayonlarında qar bir neçə gün öncədən yağmağa başlasa da gecə saatlarından daha da güclənib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir