Pol Poqba evindən nəyin oğurlandığını açıqlayıb

İdman

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba evinin qarət edilməsinin təfərrüatlarını açıqlayıb.

“Mən yaxşıyam, ailəm də. Çempionlar Liqası oyunu ilə çox gözəl bir həftə keçirdim. Evə gedərkən bildim ki, üç nəfər içəri girib və seyfimi oğurlayıb. Orada anamın qızıl-zinət əşyaları, dünya çempionatı medalım olub… Məni ən çox qorxudan isə qarət zamanı iki övladımın dayə ilə birlikdə evdə olması olub. Dayə hər şeyi eşidib, arvadıma və mühafizəyə zəng edib, sonra uşaqlarla birlikdə otaqda gizlənib. Bundan bir neçə gün sonra o, hələ də şokda idi. Ən əsası odur ki, övladlarımla hər şey qaydasındadır”, – deyə Poqba olanları danışıb.

Xatırladaq ki, qarət hadisəsi Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko”ya qarşı keçirilən oyun vaxtına təsadüf edib.

Mənbə: “Çempionat”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir