Peruda bir gecədə 19 zəlzələ: 120-yə yaxın ev dağılıb – VİDEO

Dünya

Martın 16-da Perunun Kaylyoma əyalətində baş verən 19 zəlzələ nəticəsində 120-yə yaxın ev dağılıb.

Bu barədə Maka rayonunun rəhbəri Siksto Roxas məlumat verib.

“(Ərazidəki) gil və daşdan tikilən evlərin 100%-i dağılıb, nəcib materiallardan tikilmiş binaların divarları çatlayıb, bəziləri, o cümlədən bələdiyyə binası uçub”, – deyə Roxas bildirib.

Dağılan evlərin sakinlərinin çoxu küçədə gecələmək məcburiyyətində qalıb.

Zəlzələ nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, martın 15-də Perunun şimalında baş verən torpaq sürüşməsində, müxtəlif mənbələrə görə, 60-80 ev torpağın altında qalıb. 15 nəfərə yaxın insan itkin düşmüş hesab olunub.

Mənbə: RİA Novosti

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir