Pentaqonun rəhbəri: “Rusiya ilə münaqişə heç kimə lazım deyil”

Dünya

Pentaqonun rəhbəri Lloyd Ostin CNN telekanalına müsahibəsində deyib ki, ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək və bu ölkə üzərində uçuşa qadağa zonası yaratmayacaq.

O bildirib ki, ştatlarla Rusiya arasında qarşıdurma heç kimə lazım deyil.

“Prezident açıq şəkildə bildirdi ki, bizim hərbçilər Ukraynada Rusiya Federasiyası ilə döyüşlərdə iştirak etməyəcək”, – deyə Ostin bildirib.

O vurğulayıb ki, uçuşa qadağa zonasının yaradılması ABŞ-ın birbaşa iştirakı deməkdir, çünki belə halda rejimi pozanlara qarşı tədbir görməli olur.

“Bu, o demək olardı ki, biz Rusiyaya qarşıyıq, söhbət iki nüvə nəhəngindən gediriki nüvə gücündən gedir. Onların müharibəyə qatılmasını heç kim görmək istəməz”, – deyə Ostin bildirib.

O, ABŞ-ın NATO ölkələrinin ərazisinin hər qarışını müdafiə edəcəyini də vurğulayıb.

Mənbə: RİA Novosti

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir