Bir neçə gündür ki, Oxu.Az saytına Rusiya ərazisində blok qoyulub.
Belə ki, qərar “Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) tərəfindən verilib.
Söz azadlığına zidd hesab olunan bu addım Rusiya ərazisindən Oxu.Az-ı izləyənləri dəqiqləşdirilmiş, qərəzsiz məlumatlardan məhrum edib.
Azərbaycanın ən oxunaqlı xəbər saytlarından olan Oxu.Az Rusiyadakı oxucularını dünyada baş verən hadisələrlə məlumatlandırmaq üçün onları aşağıdakı linklərdən istifadə etməyə çağırır. Qeyd edək ki, bir neçə VPN proqramı ilə Oxu.Az saytına daxil ola bilərsiniz. Həmin proqramları “Play market”dən və ya “App Store”dən yükləmək olar. Məsələn – TURBO VPN

“Google”dan birbaşa daxil olmaq üçün: https://jahproxy.pro/

Xatırladaq ki, Oxu.Az iki dildə – Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Bu baxımdan, verilmiş qərarı həm də Oxu.Az-ın Rusiyadakı oxucularına qarşı hörmətsizlik hesab etmək olar. Sayt olaraq həm “Roskomnadzor”un, həm də Rusiyanın Azərbaycandakı Səfirliyinin məsələyə yenidən nəzər salmalarını, baş vermiş bu qərəzli hadisənin təkrar qiymətləndirilməsini istəyirik.
Ən azından, yaranmış vəziyyətlə bağlı Oxu.Az-a rəsmi məlumat vermələrini tələb edirik. İnanırıq ki, bu qanunsuz qərar ciddi müdaxilə, məsuliyyətli yanaşma nəticəsində ləğv olunacaq.

www.102info.az
