Oğuzda evini təmir etmək istəyən 87 yaşlı kişi öldü

Cəmiyyət

Oğuzda yaşadığı evdə təmir işləri aparan 87 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın məlumatına görə, hadisə rayonun Qumlaq kəndində baş verib.

Kənd sakini, 1935-ci il təvəllüdlü Zeynəddin İsmayıl oğlu Ağəmmədov yaşadığı evin dam örtüyünü təmir etmək istəyən zaman ehtiyatsızlıqdan nərdivandan yıxılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 87 yaşlı Z.Ağəmmədov həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir