Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə müraciət etdi

Siyasət

Bakı Ukraynadakı vəziyyətin nizamlanmasında mühüm rol oynaya bilər.

“102info.az” xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və idarə heyəti üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir.

“Biz Sizin Azərbaycanda Rusiya və Ukrayna nümayəndələri arasında sülh danışıqlarının aparılması təklifinizi yüksək qiymətləndiririk. Bakı belə müzakirələr üçün neytral platformadır, o, artıq NATO və Rusiya arasında görüşlər üçün platforma olub. Ümid edirik ki, tərəflər bu təklifi qəbul edəcək və Bakı İkinci Dünya Müharibəsindən sonra Avropanın üzləşdiyi ən böyük təhlükəsizlik böhranının həllində mühüm rol oynaya bilər”, – məktubda qeyd edilir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin iştirakçıları, həmçinin bu dəhşətli humanitar böhranı dayandırmaq üçün istənilən mümkün dialoq kanalından istifadə etməyə çağırıblar.

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və onun tərəfdaşları kimi biz Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı dərhal nəticəyönümlü dialoqun başlanmasına çağırırıq”, – məktubda vurğulanır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir